AZ

Azərbaycan QHT nümayəndələri Moldova Parlamentinə ekskursiya ediblər

Kişinevdə səfərdə olan Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin səfərinin ilk günü   - 21 apreldə Moldova Respublikası Parlamentinə ekskursiya ediblər. Səfər zamanı nümayəndələr parlamentin fəaliyyəti, qanunvericilik prosesi və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq mexanizmləri barədə məlumatlandırılıblar.

QHT.az xəbər verir ki, proqram çərçivəsində nümayəndələr üçün Kişinev şəhəri üzrə piyada ekskursiya da təşkil olunub. Ekskursiya zamanı iştirakçılar şəhərin tarixi və mədəni məkanları ilə tanış olub, o cümlədən Kafedral Sobor Parkını ziyarət ediblər.

Seçilən
65
qht.az

1Mənbələr