AZ

"İran kifayət qədər əzmli olsa, Amerika geri çəkiləcək" -Zərdüşt Əlizadədən PROQNOZ

"Hazırda ABŞ və İran arasında siyasi oyun gedir. Hər iki tərəf bir-birini hədələyir və müharibəyə hazır olduğunu bildirir. Amma eyni zamanda anlayırlar ki, müharibənin fəsadları var, müharibə hər iki tərəfə böyük ziyan vura bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ və İran arasında yenidən müharibənin başlaya biləcəyi ehtimalından danışarkən bildirdi.

"Tərəflər həm diplomatiyadan istifadə etmək istəyirlər, həm də bir-birini hədələməklə əsəblərinə təsir edib geri çəkilməyə məcbur etmək istəyirlər. Ona görə, hələlik işlərin gedişi hər iki tərəfin qətiyyətindən və əzmindən asılıdır. Əgər İran kifayət qədər əzmli olsa, Amerika geri çəkiləcək. Əgər Amerika əzmli olsa, İran geri çəkiləcək. Mürəkkəb siyasi oyun gedir", – deyə həmsöhbətimiz fikrini sonlandırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
18
1
redaktor.az

2Mənbələr