Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,7 %-i qədər olub.
Publika.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 8,1 % azdır.
Dövlət borcunun 4 milyard 689,3 milyon ABŞ dolları və yaxud 7 milyard 971,8 milyon manatı xarici (ÜDM-in 6,1 %-i qədər), 16 milyard 492,9 milyon manatı isə daxili (ÜDM-in 12,6 %-i qədər) dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 7,6 % və 8,4 % azdır.