AZ

YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir - SİYAHI

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlərini müəyyənləşdirib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, siyahıda 3 yeni şəxsin adı yer alıb.

Bunlar Məmmədov Elmar Eldar oğlu, Mustafayeva Elnarə Eyyub qızı və Abdullayeva Sevinc Qurban qızıdır.

Elmar Məmmədov hazırda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin əməkdaşı vəzifəsində çalışır.

Elnarə Mustafayeva hakim partiyanın Yasamal Rayon Təşkilatının sədr müavinidir.

Sevinc Abdullayeva isə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri müavini postunu tutur.


Telegram kanalımız
Seçilən
47
yenisabah.az

1Mənbələr