AZ

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı həmişəlik qadağan edilib

The Guardian: Böyük Britaniyada “tüstüsüz nəsil” yaradılır...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyada 1 yanvar 2009-cu ildən sonra doğulan şəxslərə siqaret və vejp alınması həmişəlik qadağan olunub.

Məlumata görə, Britaniya hökuməti bu addımla ölkədə “tüstüsüz nəsil” formalaşdırmağı planlaşdırır. Beləliklə, 2008-ci ildən sonra dünyaya gələn şəxslər gələcəkdə heç vaxt ölkə ərazisində qanuni şəkildə tütün məhsulları ala bilməyəcəklər.

Hökümət hesab edir ki, bu təşəbbüs gənc nəsil arasında siqaret çəkmə vərdişinin qarşısını almağa, ictimai sağlamlığı yaxşılaşdırmağa və tütünlə əlaqəli xəstəlikləri azaltmağa kömək edəcək.

Ekspertlər bildirirlər ki, bu qərar dünyada tütünlə mübarizə sahəsində ən sərt qanunvericilik addımlarından biri hesab olunur.

Mütəxəssislərin fikrincə, qərarın uğurlu icrası digər ölkələr üçün də nümunə ola bilər.

Poliqon.info

Seçilən
94
poliqon.info

1Mənbələr