Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-mart aylarında Azərbaycandan 184 milyon 328 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 120 milyon 339 min dollar və ya 39,5% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 355 min 470 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 203 min 223 ton və ya 36,4% azalma deməkdir.
Qeyd edək ki, yanvar-mart aylarında İtaliya (3,3 milyon ton) Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!