AZ

"Barselona"nın sabiq futbolçusu bu millinin baş məşqçisi olacaq

"Barselona"nın sabiq futbolçusu Rafael Markes 2026-cı il dünya çempionatından sonra Meksika millisinin baş məşqçisi olacaq.

Publika.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası məlumat yayıb.

Hazırda 47 yaşlı Markes Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin köməkçisi vəzifəsində çalışır.

Markes karyerası ərzində "Barselona"da çıxış etmiş mərkəz müdafiəçisidir. Futbolçu karyerasını başa vurduqdan sonra o, Kataloniya klubunun ehtiyat komandasını çalışdırıb.

Seçilən
37
publika.az

1Mənbələr