AZ

Azərbaycanda maliyyə icarəsi sahəsi üzrə yeni qanun layihəsi müzakirə edilir

Bakı. Trend:

Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni Qanun qəbulediləcək.

Trend-inməlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bugünkü iclasında yeni qanun layihəsimüzakirə edilib.

Bildirilib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi busahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişafetdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışınıasanlaşdırmaq məqsədilə hazırlanıb.

Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdəistifadə olunan “lizinq” termininin “maliyyə icarəsi” termini iləəvəz edilməsidir. Beynəlxalq praktikada “financial lease” kimitanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğuntərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklikterminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinindaha aydın başa düşülməsinə xidmət edəcək.

Hazırda Mülki Məcəllənin “Lizinq” adlanan fəsli əslində maliyyəicarəsi münasibətlərini tənzimləyir, “maliyyə lizinqi” termini isəəsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbuledilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqimüəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarəmünasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusiləsahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm roloynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafınıtam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədərəks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isəmaliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsiniçətinləşdirir.

Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi vəiqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması,dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövləttənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyəicarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcıüçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyiniartırır.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqişəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətinsahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyəicarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması vəonların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələbolunacaq.

Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnaməkapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, butələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindənmüəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqaviləmünasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsiobyektinə yönələn tələblərin icrası mexanizmləri dətənzimlənir.

Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimimexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektinbaşqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsindəisə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsiməlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyəbazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgünqiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqeninyaxşılaşmasına töhfə verəcək.

Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu vəhesabatlılığı “Mühasibat uçotu haqqında” Qanuna uyğun aparılacaq,maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildəhazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.

Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqivə institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına vəiqtisadi aktivliyin artmasına xidmət edəcək.

Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyəminəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadəolunan “lizinq” termini (anlayışı)“maliyyə icarəsi” termini (anlayışı) ilə əvəzediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verəntərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanınsahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakımeyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesabediləcək:

  • maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddətiqurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsialanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddətiqurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektinimüəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququmüəyyən edilib;
  • maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismarmüddətinin 75 faizindən artıqdır;
  • maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsiobyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazarqiymətinin 20 faizindən azdır;
  • maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsiödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsininəvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondanartıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsimüqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismindəmaliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsimüqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanınmaliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etməköhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsiverənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyəicarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlısahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsimüqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyənmüddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə vəistifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadansahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesabediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyəicarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyimaliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilindəicarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqişəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesabediləcək.

Seçilən
64
21
az.trend.az

10Mənbələr