Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ermənistan konstitusiyasına dəyişiklik edilib müsətqilli Bəyannaməsində əksini tapan müddəaların, xüsusən də Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayanadək Cənubi Qafqazda dayanıqlı sülhdən sabitlikdən və təhlükəsizlikdən danışmaq mənasızdır. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən yeni konstitusiya ilə bağlı səsləndirilən fikirlər regionda formalaşan yeni geosiyasi konfiqurasiyanın mühüm indikatoru kimi qiymətləndirilə bilər. Onun çıxışında diqqət çəkən əsas məqam, müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılmasının zəruriliyi və bunun “Qarabağ hərəkatının” davam etdirilməsi ilə əlaqələndirilməsidir. Bu yanaşma ilk baxışda sülhə xidmət edən rasional mövqe kimi təqdim olunsa da, mahiyyət etibarilə daha dərin ziddiyyətləri üzə çıxarır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəszilik və korrupsiya ilə mübarizə komitəsinin sdəri, deputat Arzu Nağıyev deyib.
Onun szölərinə görə, Paşinyan açıq şəkildə etiraf edir ki, əgər konstitusiyada əvvəlki ideoloji istinadlar qalarsa, bu, dolayısı ilə Qarabağ məsələsinin yenidən gündəmə daşınması və nəticədə Azərbaycan ilə qarşıdurmanın bərpası demək olacaq. “Bu isə o deməkdir ki, Ermənistanın siyasi-ideoloji bazasında hələ də qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən yanaşmalar tam şəkildə aradan qalxmayıb”, - o vurğulayıb.
“Dənizdən dənizə Ermənistan” ideyası: mif, yoxsa təhlükə?
Komitə sədri əlavə edib ki, Paşinyanın çıxışında toxunduğu “dənizdən dənizə Ermənistan” ideyası əslində tarixən formalaşmış ekspansionist düşüncənin müasir siyasi diskursda qalıqlarıdır: “Bu ideya yalnız Azərbaycana deyil, eyni zamanda Türkiyəyə qarşı da dolayı ərazi iddialarını özündə ehtiva edir.
Bu cür yanaşmaların konstitusion səviyyədə, hətta dolayı formada belə saxlanılması region üçün bir neçə ciddi risk yaradır. Birincisi, sülh müqaviləsinin hüquqi əsaslarını zəiflədir, ikincisi, qarşılıqlı etimadı minimum səviyyəyə endirir, üçüncüsü, regional kommunikasiyaların açılması prosesini ləngidir, dördüncüsü. xarici güclərin manipulyasiya imkanlarını genişləndirir.
Əslində, Paşinyanın özü də etiraf edir ki, “Qarabağ hərəkatı və təhlükəsizlik bir-biri ilə uyğun gəlmir”. Bu, Ermənistan daxilində uzun illər dominant olmuş siyasi xəttin iflasının dolayısı etirafıdır”.
Xarici aktorların maraqları və idarə olunan gərginlik
O həmçinin qeyd edib ki, regionda qeyri-müəyyənliyin qorunub saxlanılması yalnız yerli siyasi faktorlarla izah olunmur: “Cənubi Qafqaz tarixən böyük güclərin rəqabət meydanı olub və bu gün də həmin tendensiya davam edir. Ermənistanın konstitusion səviyyədə qeyri-müəyyən və ziddiyyətli mesajlar verməsi bu güclər üçün əlverişli şərait yaradır. Birincisi, gərginlik ocaqlarını “dondurulmuş” vəziyyətdə saxlamaq. Ikincisi, regional əməkdaşlıq platformalarının formalaşmasının qarşısını almaq. üçüncüsü, dövlətləri bir-birinə qarşı ehtiyatlı və etimadsız vəziyyətdə saxlamaq. Bu isə nəticə etibarilə xalqlar arasında düşmənçilik narrativlərinin davamlılığını təmin edir və sülh gündəmini arxa plana keçirir.
Ermənistan üçün strateji çıxılmazlıq
Ən paradoksal məqam ondan ibarətdir ki, bu cür siyasət ən çox elə Ermənistanın özünə zərbə vurur. Ərazi iddialarına əsaslanan ideoloji xətt ölkəni davamlı regional təcrid vəziyyətində saxlayır; iqtisadi və nəqliyyat layihələrindən kənarda qoyur; xarici güclərdən asılılığı artırır; dövlət suverenliyini zəiflədir. Nəticədə Ermənistan faktiki olaraq müstəqil siyasət yürütmək imkanlarını itirərək müxtəlif güclərin “forpostu” roluna sürüklənir. Bu isə nə erməni xalqının rifahına, nə də dövlətçiliyin davamlılığına xidmət edir.
Seçim anı: sülh, yoxsa tarixi təkrar?
Paşinyanın “tarixi seçim” kimi təqdim etdiyi məsələ əslində Ermənistan cəmiyyətinin qarşısında duran fundamental dilemmadır. Ya region ölkələrinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan, real siyasətə əsaslanan yeni yanaşma seçiləcək, ya da köhnə revizionist ideyalar ölkəni növbəti geosiyasi fəlakətlərə sürükləyəcək.
Əgər yeni konstitusiya doğrudan da sülhə xidmət etməlidirsə, o zaman qonşu dövlətlərə qarşı hər hansı ərazi iddialarına yer qalmamalıdır. Belə ki, beynəlxalq hüquqa uyğun açıq və birmənalı mövqe ortaya qoyulmalıdır. Regional əməkdaşlıq prioritet kimi qəbul edilməlidir. Əks halda, sülh ritorikası sadəcə siyasi taktika olaraq qalacaq və real dəyişiklik baş verməyəcək.
Paşinyanın açıqlamaları Ermənistan daxilində müəyyən transformasiya cəhdlərinin olduğunu göstərsə də, bu proses hələ də ciddi ziddiyyətlərlə müşayiət olunur. Konstitusiya səviyyəsində qeyri-müəyyənliklərin qalması regionda sülh və təhlükəsizlik üçün əsas risk faktorlarından biri olaraq qalır.
Ermənistan üçün bu gün əsas məsələ ideoloji keçmişlə real siyasi gələcək arasında seçim etməkdir. Bu seçim yalnız bir ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyini və təhlükəsizliyini müəyyən edəcək”.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.