AZ

Bəqai: İran danışıqlarla bağlı heç bir öhdəliyi pozmayıb

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran danışıqlarla bağlı heç bir vədini pozmayıb".

"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, bunu XİN-in İsmayıl Bəqai bildirib.

"İran danışıqlara xoş niyyət və ciddiliklə daxil olub, lakin siz ciddilik və xoşməramlılıq göstərməyən tərəfi ilə qarşı-qarşıyayıq", - deyə o vurğulayıb.

"Biz heç vaxt ikinci mərhələ üçün İslamabada gedəcəyimizi deməmişik və sonradan da öhdəliklərimizi pozmamışıq", - deyə Bəqai əlavə edib.

XİN sözçüsü ABŞ-nin İran limanlarını dənizdən blokadaya almasını təcavüz aktı adlandırıb və bunun hələ də qüvvədə olduğunu vurğulayıb: "Bu, diplomatik prosesə həqiqətən ciddi yanaşan bir ölkənin davranışı deyil".

Bəqai Trampın İranın Hörmüz boğazını açmamaqla atəşkəsi pozması ittihamını rədd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
50
yenisabah.az

10Mənbələr