AZ

İcazəsiz hərəkət edən gəmilər İran sularına aparıldı: Böyük böhran

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında strateji əhəmiyyətli əməliyyat keçirərək iki xarici gəmini saxlayıb.

Musavat.com xəbər verir ki, saxlanılan gəmilər arasında İsrail ilə əlaqəli olduğu iddia edilən "MSC-FRANCESCA" və "EPAMINODES" adlı gəmilər var.
İran tərəfinin yaydığı rəsmi məlumata görə, hər iki gəmi boğazı müvafiq icazə almadan tərk etməyə cəhd göstərərkən hərbi dənizçilər tərəfindən mühasirəyə alınaraq dayandırılıb.

Hazırda gəmilərin yükünün və sənədlərinin yoxlanılması məqsədilə onların İranın ərazi sularına aparıldığı bildirilir. Tehran bu addımı dəniz təhlükəsizliyi qaydalarının pozulması ilə əsaslandırsa da, hadisə regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırıb.

Xüsusilə gəmilərdən birinin İsraillə bağlarının olması ehtimalı, bu hadisənin növbəti böyük bir diplomatik və hərbi qarşıdurmaya səbəb ola biləcəyi barədə narahatlıqları artırıb. Beynəlxalq müşahidəçilər bu həbslərin qlobal dəniz ticarətinə və regiondakı qüvvələr nisbətinə ciddi təsir göstərəcəyini vurğulayırlar.


Musavat.com

Seçilən
117
25
musavat.com

10Mənbələr