Bakı, 22 aprel, AZƏRTAC
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 14:07-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.