AZ

Qığızıstan buzlaqlarının 80 faizə qədərini itirə bilər - Japarov

Bişkek. Trend:

Qırğızıstanın payına qlobal istixana qazı emissiyalarının cəmi0,03%-i düşür, lakin ölkə iqlim dəyişikliyinin fəsadlarınınqeyri-mütənasib dərəcədə yüksək olan yükünü daşıyır.

Trend xəbər verirki, bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovaprelin 22-də Qazaxıstanın Astana şəhərində keçirilən RegionalEkoloji Sammitin plenar iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, 2020-ci ildən etibarən ölkədəbaş verən fövqəladə halların, o cümlədən sel və daşqınların sayı üçdəfə artıb:

“O qeyd edib ki, birbaşa maddi ziyanın məbləği ildə təxminən 16milyon ABŞ dolları təşkil edir, Qırğızıstanda buzlaşma sahəsi isə16% azalıb”.

Sadır Japarov vurğulayıb ki, proqnozlara əsasən, 2100-cü iləqədər Qırğızıstan buzlaqlarının 80%-ə qədərini itirə bilər.

“Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14metr azalıb, ona tökülən çayların sayı 100-dən artıqdan 30-a düşüb,1968-ci ildən bəri dağlıq buzlaq mənşəli göllərinin sayı 30%artıb”, – deyə Qırğızıstan Prezidenti bildirib.

Qeyd edək ki, Astanada 2026-cı il Regional Ekoloji Sammitikeçirilir. BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqçərçivəsində yaradılmış bu dialoq platforması Mərkəzi Asiyadaekosistemlərin, su və torpaq resurslarının qorunması, bərpası vəbirgə istifadəsi, həmçinin biomüxtəlifliyin qorunub-saxlanılmasıüzrə kompleks siyasət və alətlərin formalaşdırılmasına yönəlib.

“Son onilliklər ərzində İssık-Kul gölünün səviyyəsi təxminən 14metr azalıb, ona tökülən çayların sayı 100-dən çoxdan 30-a düşüb,1968-ci ildən isə yüksək dağlıq buzlaq göllərinin sayı 30% artıb”,– deyə Qırğızıstan Prezidenti bildirib.

Seçilən
53
1
az.trend.az

2Mənbələr