AZ

Birtaksi xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Hazırda hər hansı taksi şirkətinin açılması planlaşdırılmır”.Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank”ın İdarə Heyətinin Sədri Fərid Hüseynov jurnalistlərin suallarını cavablandırarkən deyib.Bank rəsmisi sosial şəbəkələrdə "Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:"Birtaksi" ilə bağlı xəbərləri mənə də göndərirdilər. Belə bir niyyətimiz hələ yoxdur. Səmimi deyim ki, haradan fikirləşmişdilərsə, maraqlı idi. “Kapital Bank”ın "birbonus" xidməti çərçivəsində taksi şirkətləri ilə partnyorluğu var və o istiqamətdə əməkdaşlığımızı davam etmək niyyətindəyik".Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
bizim.media

2Mənbələr