Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda maliyyə icarəsi (lizinq) sahəsində yeni mexanizmlər tətbiq edilir.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, tərəflərin razılığı olduğu halda icarəçi lizinq obyektini üçüncü şəxsə müəyyən müddətə istifadəyə verə biləcək. Bu isə subicarə mexanizminin hüquqi şəkildə tanınması deməkdir.
Eyni zamanda sənəddə “geriyə maliyyə icarəsi” mexanizmi də tənzimlənir. Bu halda şəxs öz mülkiyyətində olan əmlakı lizinq şirkətinə sataraq həmin əmlakı yenidən icarəyə götürə biləcək.
Qeyd olunur ki, bu mexanizmlər biznes subyektlərinə daha çevik maliyyələşmə imkanları yaradacaq və aktivlərin dövriyyəsini artıracaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.