AZ

Kapital Bank 2025 ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün keçirilən mətbuat konfransında verib.

"2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
8
qaynarinfo.az

9Mənbələr