AZ

Lizinq sistemi LƏĞV EDİLİR? - YENİ ALTERNATİV

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Maliyyə icarəsi haqqında" qanun layihəsinə əsasən lizinq fəaliyyətinə yeni tələblər gətirilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, Azərbaycanda "lizinq" anlayışı rəsmi olaraq "maliyyə icarəsi" termini ilə əvəz ediləcək.

Yeni "Maliyyə icarəsi haqqında" qanun layihəsinə əsasən, bu sahədə fəaliyyət göstərən bütün şirkətlər qanun qüvvəyə mindikdən sonra 9 ay ərzində fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalı və Azərbaycan Respublikasının Mərkəzi Bankı-na müraciət edərək reyestrə daxil olmalıdırlar.

Yeni qaydalara əməl etməyən şəxslər və şirkətlər yeni maliyyə icarəsi müqavilələri bağlaya bilməyəcək, mövcud müqavilələrin müddətini uzatmaq hüququndan məhrum ediləcək. Eyni zamanda, bu şirkətlərin adlarında "lizinq", "maliyyə lizinqi" və ya oxşar ifadələr qalarsa, həmin adların dəyişdirilməsi məcburi olacaq.

Qanun həmçinin maliyyə icarəsi əməliyyatlarının hüquqi çərçivəsini də dəqiqləşdirir və sahəyə daha sərt nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Məqsəd bazarda şəffaflığın artırılması və maliyyə icarəsi fəaliyyətinin vahid qaydalar əsasında tənzimlənməsidir.

Nəsimi Ələsgərli 

Seçilən
72
day.az

1Mənbələr