Xəbər verdiyimiz kimi, Avstriyada məşhur “Hipp” markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb. Bu səbəbdən artıq həmin məhsul bir sıra ölkələrdən geri çağırılıb. Bu isə Azərbaycanda həmin firma istifadəçiləri arasında böyük narahatlığa səbəb olaraq təşviş yaradıb.
Bildiririk ki, uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib. Hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar isə ölkəyə idxal olunarkən, müvafiq şəkildə yoxlandıqdan sonra dövriyyəsinə icazə verilib. Bununla belə məsələnin həssaslığı və mediada yayılmasını nəzərə alaraq Agentliyin müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.