Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində uzun illər ərzində genişmiqyaslı dağıntılar və vandalizm halları qeydə alınıb. Bu dövrdə ərazilərin təbii sərvətləri talan edilib, meşələr məhv olunub və ekoloji mühit ciddi zərər görüb. Dini abidələr, o cümlədən məscidlər dağıdılıb və bəzi hallarda təyinatına zidd şəkildə istifadə edilib. Tarixi-mədəni irs sistemli şəkildə məhv olunub, bir çox abidələr sıradan çıxarılıb və ya dəyişdirilib. Eyni zamanda, yaşayış məntəqələrinin adları dəyişdirilərək bölgənin tarixi izlərinin silinməsinə cəhd edilib. Bu faktlar işğal dövrünün Azərbaycan üçün həm maddi, həm də mənəvi baxımdan ağır nəticələr doğurduğunu göstərir.Məsələ ilə bağlı deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğal altında saxladığı dövrdə həyata keçirilən siyasət yalnız ərazi işğalı və ilhaqı hədəfi ilə məhdudlaşmırdı:"Bu siyasətin mühüm və sistemli komponentlərindən biri də mədəni və tarixi yaddaşın silinməsi idi. Münaqişə və işğal zonalarında bu cür yanaşma beynəlxalq elmi ədəbiyyatda “yaddaşın transformasiyası” və ya “mədəni silinmə” kimi xarakterizə olunur.İşğal dövründə Azərbaycan ərazilərində yüzlərlə tarixi və dini abidənin dağıdılması, muzeylərin talan edilməsi, kitabxanaların məhv edilməsi və qəbiristanlıqların yerlə-yeksan olunması faktları artıq müxtəlif mənbələrdə geniş şəkildə sənədləşdirilib. Bu hadisələrə ayrı-ayrı vandalizm aktları kimi baxmaq çətindir. Çünki proses uzun illər ərzində, sistemli və ardıcıl şəkildə davam edib".Deputat deyib ki, söhbət yalnız müharibənin kənar təsirlərindən deyil, məqsədyönlü yanaşmadan gedir."Qafqaz Albaniyasına aid olan bir sıra dini abidələrin erməni irsi kimi təqdim edilməsi, yer adlarının dəyişdirilməsi və tarixi izlərin reinterpretasiyası cəhdləri, əslində, daha geniş bir strategiyanın, ərazi iddialarını əsaslandırmaq siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.Bu bağlamda “mədəni təmizləmə” anlayışı yalnız terminoloji ifadə deyil, konkret praktik məzmun daşıyır. Çünki bir xalqın izlərini silmək üçün onun abidələrini dağıtmaq kifayət etmir, həmin abidələrin daşıdığı mənanı, onların kollektiv yaddaşdakı yerini də sıradan çıxarmaq lazımdır. Dağıdılmış məscidlər və ya məhv edilmiş qəbiristanlıqlar, sadəcə maddi itki deyil, bu, nəsillərarası əlaqənin qırılması, tarixlə bağlılığın zəiflədilməsi strategiyasıdır. Bu baxımdan, baş verənlər həm də mənəvi zorakılıq kimi qiymətləndirilə bilər.Müasir beynəlxalq münasibətlərdə bu cür yanaşmalar yeni deyil. Balkanlardan Yaxın Şərqə qədər müxtəlif münaqişə zonalarında oxşar tendensiyalar müşahidə olunub. Məqsəd yalnız ərazi qazanmaq deyil, həmin ərazinin kimliyini dəyişmək, onun əvvəlki sahibinin izlərini görünməz etməkdir. Ermənistanın işğal dövründə həyata keçirdiyi fəaliyyət də bu klassik vandalizm modelinin Azərbaycan ərazilərindəki təzahürü kimi dəyərləndirilə bilər.Azad edilmiş ərazilərdə aparılan monitorinqlər və bərpa prosesləri göstərdi ki, dağıntıların miqyası təsadüfi deyil, geniş və sistemli xarakter daşıyır. Bunun fonunda Azərbaycanın həyata keçirdiyi quruculuq və bərpa siyasəti sadəcə infrastrukturun yenidən qurulması deyil, həm də tarixi yaddaşın bərpası kimi qəbul olunmalıdır", - deyə o bildirib.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.