AZ

Bakıda keçiriləcək Avropa Kubokunda 31 ölkədən 194 gimnast mübarizə aparacaq

Bakı, 22 aprel, AZƏRTAC

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda iştirak edəcək ölkələrin və idmançıların sayı açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparacaq. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edəcək.

Qeyd edək ki, Avropa Kuboku aprelin 30-dan mayın 3-dək davam edəcək.

Seçilən
88
1
azertag.az

2Mənbələr