AZ

Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Aprelin 7-də Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin 2026-cı il mövsümünün əsas mərhələsinə start verildi. Libertadores Kubokunun (LK) qrup mərhələsinin ilk turu çərçivəsində 16 oyun keçirildi.Xatırladaq ki, LK-nın təsnifat mərhələsinin qalibləri “Barselona” (Ekvador), “Sportinq Kristal” (Peru), “Deportes Tolima” və “İndependyente” (hər ikisi Kolumbiya) olublar. Təsnifat mərhələsində regionun ən güclü liqaları sayılan Braziliya iki, Argentina bir itki verib. “Arxentinos Xuniors” (Argentina) hələ 2-ci təsnifat mərhələsində “Barselona”ya iki oyunun (1:0, 0:2) nəticəsinə əsasən məğlub olub. Braziliyanın təmsilçilərindən “Bayya” 2-ci seçmə mərhələdə “O’Higgins”ə uduzmuşdu (0:1, 2:2). Bu mərhələdə “Botafoqo” iki oyunun ümumi nəticəsinə əsasən “Nasyonal Potosi”dən 2:1 hesabıyla üstün olmuşdu. Lakin Rio de Janeyro klubu sonuncu mərhələdə “Barselona”ya məhz evdəki məğlubiyyətlə (1:1, 0:1) turnirlə erkən vidalaşdı.Əsas mərhələdə regionun 10 ölkəsindən olan 32 komanda iştirak edir. Maraq üçün qrup turnirində Braziliya və Argentinanın 6, Kolumbiyanın 4, Ekvador və Perunun 3, Paraqvay, Çili, Uruqvay, Boliviya və Venesuelanın isə hərəyə 2 komanda ilə təmsil olunduğunu qeyd edək. Reqlamentə gəlincə, iddiaçılar hərəsində 4 komanda olmaqla 8 qrupda mübarizə aparacaqlar. İkidövrəli sistemlə keçiriləcək oyunlardan sonra qruplarda ilk iki yeri tutacaq klublar 1/8 finalda oynamaq, qrup 3-cüləri isə mübarizəni Sudamerikana Kubokunda davam etdirmək hüququ qazanacaqlar. Qrup mərhələsinə mayın 28-də yekun vurulacaq.İlk turda qeydə alınan nəticələr sırasında əvvəlcə turnirin son çempionu olan “Flamenqo”nun yeni mövsümə qələbə ilə başladığını qeyd edək. Rio de janeyrolular Peruda “Kusko”ya 2:0 hesabıyla qalib gəldilər. LK-nın son finalçısı “Palmeyras” isə Kolumbiyada “Atletiko Xunior” ilə 1:1 hesabına razılaşdı. Ümumiyyətlə, ilk tur Braziliya klubları üçün ümumilikdə uğurlu keçdi. Bu ölkənin açılış turunda meydana çıxan 6 təmsilçisindən dördü qələbə qazandı, ikisi rəqibi ilə “sülh bağladı”. İlk turu Argentina klubları üçün qənaətbəxş saymaq olar. Bu ölkənin 6 təmsilçisinin startdakı göstəriciləri belə oldu: 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət.qrup mərhələsi, 1-ci turA qrupuKusko (Peru) - Flamenqo (Braziliya) 0:2Bruno Enrike, 59. De Arraskaeta, 90+2.İndependyente Medelyin (Kolumbiya) - Estudiantes (Argentina) 1:1Çaverra, 63 – T.Palasios, 4.B qrupuDeportes Tolima (Kolumbiya) - Universitario (Peru) 0:0Kokuimbo Unido (Çili) - Nasyonal (Uruqvay) 1:1M.Fernandes, 90+3 – Koates, 22.C qrupuİndependyente Rivadaviya (Argentina) - Bolivar (Boliviya) 1:0Lampe, 1-öz qapısına.Deportivo La Gayra (Venesuela) - Fluminense (Braziliya) 0:0D qrupuBarselona (Ekvador) - Kruzeyro (Braziliya) 0:1M.Pereyra, 53.Universidad Katolika (Çili) - Boka Xuniors (Argentina) 1:2X.Dias, 83 – L.Paredes, 16. Bareyro, 65.E qrupuPlatense (Argentina) – Korintians (Braziliya) 0:2Kayke, 11. Yuri Alberto, 70.Santa Fe (Kolumbiya) - Penyarol (Uruqvay) 1:1Olivera, 20 – Areso, 59.F qrupuAtletiko Xunior (Kolumbiya) - Palmeyras (Braziliya) 1:1Qutyerres, 10-p. – Sosa, 56.Sportinq Kristal (Peru) - Serro Portenyo (Paraqvay) 1:0Viseu, 82.G qrupuOlveys Redi (Boliviya) - LDU Kito (Ekvador) 0:1Vilyamil, 90+4.Mirassol (Braziliya) – Lanus (Argentina) 1:0Joao Viktor, 60.H qrupuRosario Sentral (Argentina) - İndependyente del Valye (Ekvador) 0:0Universidad Sentral (Venesuela) - Libertad (Paraqvay) 3:1Kuesta, 30. Murilyo, 87. Sole, 90+6-p. – Melqarexo, 61.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
icma.az

2Mənbələr