AZ

Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 60 milyon 122 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 % azdır.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 98,5 % azalaraq 1 milyon 99 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 76,2 % azalaraq 59 milyon 22 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,02 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
44
cebheinfo.az

10Mənbələr