AZ

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ilə bağlı aparılmış audit yoxlaması zamanı çoxsaylı maliyyə və idarəetmə pozuntuları aşkarlanıb

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ilə bağlı aparılmış audit yoxlaması zamanı çoxsaylı maliyyə və idarəetmə pozuntuları aşkarlanıb.

Gununsesi.info-nun xəbərinə görə, audit sübutlarının toplanması məqsədilə müvafiq sənədlər təhlil edilib, həmçinin 23 yanvar 2026-cı il tarixli rəsmi məktub nəzərə alınıb.

Toplanmış məlumatlar əsasında hesabat hazırlanıb və audit olunan qurumla müzakirələr aparılıb.

Yoxlama nəticəsində müəyyən edilib ki, struktur bölmələrinin formalaşdırılması zamanı normativ tələblər pozulub və nəticədə 139 min manatdan artıq vəsait artıq hesablanıb.

Bundan əlavə, qüvvədən düşmüş qaydalara baxmayaraq hakimlərə on minlərlə manat məbləğində müalicə pulları ödənilib, tibbi arayış olmadan kompensasiyalar verilib.

Dövlət qulluqçularının mükafatlandırılması zamanı isə büdcə vəsaitlərinin təyinatı dəyişdirilərək 80 mindən çox manat vəsait başqa məqsədlər üçün istifadə olunub. Həmçinin dövlət qulluqçusu olmayan şəxslərə də əsassız mükafatlar verildiyi müəyyən edilib.

Audit zamanı ezamiyyə, məzuniyyət və yanacaq xərcləri üzrə də artıq ödənişlər, eləcə də nəqliyyat vasitələrinin istismarı ilə bağlı pozuntular aşkarlanıb. Satınalmalar sahəsində isə prosedurların pozulması, müqavilələrin bölünməsi, portal üzərindən keçirilməyən satınalmalar və artıq qiymətə avtomobil alınması kimi hallar qeydə alınıb.

Bundan başqa, təchizatçıların öhdəliklərini gecikdirməsinə baxmayaraq cərimələr tətbiq edilməyib, bəzi işlər sənədlərdə göstərilsə də faktiki yerinə yetirilməyib. İnventar yoxlaması zamanı isə çatışmazlıqlar üzə çıxıb.

Eyni zamanda, 2023–2024-cü illər üzrə maliyyə hesabatlarının tərtibində də uyğunsuzluqların olduğu müəyyən edilib.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
icma.az

1Mənbələr