Azərbaycan Mərkəzi Bankı (AMB) təqdim edəcəyi növbəti dəstək tədbirləri ilə maliyyə icarəsi sahəsinin (lizinqin) inkişafını hədəfləyir.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda AMB qüvvədə olan "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində daha geniş imkanların, alternativ maliyyə mexanizmlərinin, o cümlədən girov təminat tələbi olmayan mexanizmlərin yaradılmasını hədəfləyir: "Bu baxımdan təqdim edəcəyimiz növbəti dəstək tədbirlərinin bu sahəni inkişaf etdirəcəyinə ümid bəsləyirik".