AZ

Rusiya MN in obyektləri yaxınlığında bomba partlatmağı planlaşdıran şəxs saxlanılıb

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Moskvada Ukrayna xüsusi xidmət orqanlarının əmri ilə Rusiya Müdafiə Nazirliyinin obyektləri yaxınlığında bomba partlatmağı planlaşdıran şəxs saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Rusiya vətəndaşı olan şəxs Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb və sonra onların əmri ilə əldəqayırma partlayıcı qurğudan istifadə edərək terror aktı törətmək üçün Moskvaya gəlib.

FSB saxlanılan şəxsin kuratoru ilə əlaqə saxlamaq üçün istifadə etdiyi smartfonunun müsadirə olunduğunu açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
5
icma.az

7Mənbələr