AZ

Səs-küy insanı şirniyyat yeməyə sövq edir? -Açıqlama

Səs-küy insanı şirniyyat yeməyə sövq edə bilər.

Redaktor.az xəbər verir ki, bunu psixoloq Mariya Tadarova aif.ru-ya açıqlamasında deyib.

O bildirib ki, şirniyyat beyində “xoşbəxtlik hormonu” olan dopamini tez artırır və insan özünü daha yaxşı hiss edir. Yəni insan əsəbi səslər eşidəndə beyin tez rahatlamaq üçün şirniyyat istəyir.

Bu hal adətən insan mühiti dəyişə bilməyəndə olur – məsələn, avtobusda və ya səsli yerdə. Buna emosional yemək deyilir.

Aytəkin TOFİQQIZI

Seçilən
67
2
redaktor.az

3Mənbələr