AZ

Biləsuvarda ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb - FOTO

Biləsuvarda
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 11 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Müşviq Hüseyn oğluna məxsus kafedə yoxlama keçirib. 1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
İctimai iaşə obyektində divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Seçilən
44
3
1news.az

5Mənbələr