AZ

Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Abşeron rayonu, Xırdalan şəhərində qadına qarşı zorakılıq faktı qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-də səhər saatlarında baş verib. Belə ki, orta yaşlı kişi ilə qadın arasında yaranan mübahisə zamanı kişi qadına qarşı fiziki zor tətbiq edib. Hadisə ərazidə yaşayan sakinlərdən biri tərəfindən lentə alınıb.

Görüntülərdən aydın olur ki, kişi əvvəlcə qadına yüksək səslə qışqırır, daha sonra ona zərbə endirir. Ardınca qadının saçından tutaraq onu dartır və aqressiv davranışlarını davam etdirir.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sakinlərin iddiasına görə, hadisədə iştirak edən şəxslər AAAF Park yaşayış kompleksində yaşayırlar. Bildirilir ki, onlar arasında tez-tez münaqişələr yaşanır və yaranan səs-küy bina sakinlərində narahatlıq yaradır.

Qeyd edək ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr