Bakı. Trend:
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüşmərhələli və koordinasiyalı tədbirlər nəticəsində AzərbaycanRespublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyatşəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikasıvətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nınmüvafiq müddəalarına uyğun olaraq 21 aprel 2026-cı il tarixindəSuriya Ərəb Respublikasının münaqişə bölgəsindən 2 (iki) qadın və 3(üç) uşaq olmaqla, ümumilikdə 5 (beş) nəfər Azərbaycan Respublikasıvətəndaşının Türkiyə Respublikasından ölkəmizə repatriasiyasıhəyata keçirilib.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və AzərbaycanRespublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və dahasonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasınaməsul olan müvafiq dövlət qurumlarının nümayəndələri TürkiyəRespublikasının İstanbul şəhərinə ezam edilib, repatriantlarınilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təminolunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyivə İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işiaparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdışşəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
21 aprel 2026-cı ildə nümayəndə heyətinin müşayiəti ilə qeydolunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətəreinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanınaçevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasıüçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.