AZ

Azərbaycanı Avropa Kubokunda 10 gimnastımız təmsil edəcək

Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda çıxış edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Hafta.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, yarışda milli komandanın 10 idmançısı bacarığını nümayiş etdirəcək.

Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, aprelin 30-dan mayın 3-dək davam edəcək Avropa Kubokunda 31 ölkədən ümumilikdə 194 idmançı qüvvəsini sınayacaq.

Seçilən
43
3
hafta.az

4Mənbələr