AZ

"Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır" adlı tədbir keçirildi - FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.       

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı kimi tarixdə müstəsna yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, onun uzaqgörən siyasəti nəticəsində dövlətçilik möhkəm təməl üzərində qurulub, müstəqilliyin ilk illərində yaranmış siyasi və iqtisadi böhran aradan qaldırılıb. Bildirilib ki, hüquqi dövlət quruculuğu, milli maraqlara əsaslanan idarəetmə prinsipləri və uğurlu neft strategiyası Azərbaycanın inkişafında mühüm rol oynayıb. Vurğulanıb ki, bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz ərazi bütövlüyünü tam bərpa edərək tarixi Zəfərlərə imza atıb.

Seçilən
100
50
unikal.az

10Mənbələr