ain.az, Kulis.az portalına istinadən məlumat verir.
Misirdə aparılan arxeoloji qazıntılar zamanı bir mumiyanın içində Homerin “İliada” dastanına aid nadir papirus parçası tapılıb.
"Euronews"un verdiyi xəbərə görə, tapıntı El Behensa bölgəsində yerləşən “Məzar 65”də İspaniya–Misir birgə ekspedisiyası tərəfindən aşkar edilib.
Alimlər fraqmentin “İliada”nın “Gəmilər kataloqu” hissəsinə aid olduğunu bildirirlər.
Papirusun mumiya sarğısında ikinci material kimi istifadə edildiyi ehtimal olunur.
Kəşf həm antik dəfn ənənələri, həm də yunan ədəbiyyatının Roma dövrü Misirində yayılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Onda məni verin tribunala!" - Döyüş bayrağı kölgəsində baş verənlər
"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası
Yaratdığı bənzərsiz obrazlarla əbədiyaşarlıq qazanan sənətkar - İsmayıl Osmanlı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.