AZ

“Bir”in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan “Bir ekosistemi”nin də sponsorluğu ilə keçirilən “Azərbaycan Biznes Keys Müsabiqəsi”nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb.

Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə baş tutan və tələbələrdə biznes analitikası, strategiya quruculuğu, eləcə də maliyyə təhlili bacarıqlarının inkişafına yönələn müsabiqənin final mərhələsi 5 aprel 2026-cı il tarixində keçirilib.

İnsan kapitalına strateji investisiya

Tədbirin rəsmi açılış mərasimində çıxış edən qonaqlar, o cümlədən “Bir ekosistemi”nin nümayəndələri tərəfindən xüsusi olaraq vurğulanıb ki, bu cür irimiqyaslı təşəbbüslər sadəcə yarışma deyil, eyni zamanda ölkədə rəqabətədavamlı ekosistemin formalaşması üçün əsas təməl daşlarından biridir. “Bir ekosistemi” olaraq gənclərin potensialının üzə çıxarılması və onların qlobal standartlara cavab verən peşəkarlar kimi yetişdirilməsi qurumun uzunmüddətli korporativ strategiyasının ayrılmaz bir hissəsidir.

Seçilən
88
1
publika.az

10Mənbələr