AZ

5 saat sonra dirilən xəstə

Saglamolun saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

HƏKİMLƏR XƏSTƏNİ XİLAS ETDİ

Yakutiyanın Mirnıy şəhərində həkimlər klinik ölüm vəziyyətində olan pasiyenti uzunmüddətli reanimasiya tədbirləri nəticəsində həyata qaytarıb. Hadisə güclü soyuqlar zamanı baş verib.Məlumata görə, yerli sakin gecə saatlarında evə qayıdarkən halsızlaşıb və skamyada yuxuya gedib. Bir müddət sonra onun vəziyyətini görənlər təcili tibbi yardım çağırıb. Hadisə yerinə çatan həkimlər pasiyentdə klinik ölümün baş verdiyini müəyyən edib. Reanimasiya briqadası dərhal müdaxiləyə başlayıb. Həkimlərin tətbiq etdiyi xüsusi hipotermiya və “tədricən isinmə” metodu sayəsində pasiyentin bədən temperaturu mərhələli şəkildə yüksəldilib. Bir neçə saatlıq intensiv reanimasiya tədbirlərindən sonra ürəkdə yenidən elektrik aktivliyi müşahidə olunub və ürək ritmi bərpa edilib. Daha sonra defibrilyasiya və əlavə müdaxilələrlə ürək fəaliyyəti tam bərpa olunub.Həkimlərin sözlərinə görə, pasiyent təxminən 5 saat klinik ölüm vəziyyətində qalıb. Buna baxmayaraq, uğurlu reanimasiya nəticəsində o, bir gün sonra süni komadan çıxarılıb və həyati funksiyaları bərpa olunub.

Mənbə: rg.ru

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
saglamolun.az

1Mənbələr