AZ

Mərkəzi Bankdan sahibkarlar üçün yeni kredit qaydaları 

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq. Maraqlı cəhət ondan ibarətdir ki, Mərkəzi Bank sahibkarlar üçün bank kreditlərini mərkəzləşmiş kredit resursları və monetar siyasət vasitəsilə təqdim edir".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün həm də sahibkarların özünün kredit təminatı ilə bağlı bir sıra problemlər var: "Bunun əsas səbəblərindən biri girov təminatı ilə bağlıdır. Maliyyə icarəsinin bir üstünlüyü də ondan ibarətdir ki, burada girov təminatı tələb olunmur. Sadəcə olaraq maliyyə lizinqinin obytektinin özü girov kimi çıxış edir. Bu mənada qeyd edirik ki, maliyyə icarəsi bu baxımdna alternativ maliyyələşmə mexanizmi kimi çıxış edir".

Mürtəza

Seçilən
47
6
olke.az

7Mənbələr