
Türkiyəli məşhur müğənni İbrahim Tatlıses müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
"Uşaqlarıma bir qəpik də verməyəcəyəm; bütün mirasımı dövlətə qoyacağam. Pulu özüm qazanmışam; onu bol-bol xərcləyəcəyəm, kimin vecinədir?",-Tatlısəs deyib.
Qeyd edək ki, məşhur sənətçi İstanbuldakı evində qəfil halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi və bu yaxınlarda öd kisəsi əməliyyatı keçirib.
Dəfələrlə evli olub boşanmış İbrahim Tatlısəsin müxtəlif xanımlardan 7 övladı var. O, övladları ilə arasındakı mübahisələrlə tez-tez gündəmə gəlir.
İlahə Qənbərli
Missiya.Az