AZ

Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO

Məşhur türkiyəli aktyor Ferdi Atuner vəfat edib.

Ölkə.Az xəbər verir ki, 82 yaşlı sənətçi İstanbulun Bahçelievler bölgəsindəki evində ölüb.

Aktyor bir müddətdir sağlamlıq problemləri ilə əlaqədar müalicə alırdı.
1944-cü ildə anadan olan Ferdi Atuner atasının təsiri ilə musiqiyə üz tutub. O, Ankara Dövlət Konservatoriyasının vokal şöbəsini bitirib.

Onun ilk televiziya təcrübəsi "Səkkiz Sütun" serialında olub və "Olacak O Kadar" tamaşalarındakı rolları ilə tanınıb.

Qeyd edək ki, F.Altuner "Çocuklar Duymasın", "Reyting Hamdi", "En Son Babalar Duyar", "Ayrılsak da Beraberiz", "Çılgın Bediş", "Küçük Ağa", "Patron Duymasın", "Çarıklı Milyoner" və "İki Arada Aşk" kimi bir çox layihədə yer alıb.

Billurə

Seçilən
50
olke.az

1Mənbələr