AZ

"Dialoqun dondurulması müharibənin yenidən alovlanması ehtimalını artırır" - AÇIQLAMA

“İRİNA agentliyinin İranın ABŞ ilə danışıqların ikinci mərhələsində iştirakdan imtina etdiyi, həmçinin İran təmsilçilərinin Pakistana uçması və ya artıq oraya çatması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlaması bir sıra suallar doğurub”.

Bu barədə Redaktor.az-a açıqlamasında siyasi analtik Lətif Şüküroğlu bildirdi. O, İranın ABŞ ilə danışıqlardan imtina etməsinin səbəblərindən də danışdı:

"Əlbəttə, bu sualın ən real cavabı iki aya yaxın davam edən müharibə ərzində tərəflərin ziddiyətli açıqlamalarında və səsləndirilən qarşılıqlı iddiaların mahiyyətində aydın əksni tapır. İran tərəfinə görə Vaşinqtonun həddindən artıq çox tələb irəli sürməsi, qeyri-real gözləntiləri, mövqelərdəki qeyri-ardıcıllıq, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması ona danışıqların ikinci mərhələsində iştirakdan imtina üçün əsas verir. İran ABŞ-nin davam edən dəniz blokadasını da bu imtina üçün səbəb hesab edir. Sonuncu arqumentə gəlincə, İran hakimiyyəti ABŞ ilə birbaşa danışıqları yalnız Vaşinqtonun Hörmüz boğazında islam respublikasının limanlarının dəniz blokadasının ləğvindən sonra davam etdirmək fikrində olduğunu da bildirib. Xatırladım ki, ABŞ Mərkəzi Komandanlığı bəyanat yayaraq, aprelin 13-dən İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərın hərəkətinə imkan verilməyəcəyini açıqlamışdı. Ancaq nədənsə İran özü tərəfindən Hörmüz boğazının münaqişə başlayandan bəri bağlı saxlamasını nəzərə almır. Hətta aprelin 17-də boğazı açmaq barədə fikir səsləndirsə də, bunu həyata keçirmədi. İranın danışıqlarda iştirakdan imtinası həm də İsrailin Livana qarşı hərbi əməliyyatları davam etdirmsi və hətta vasitəçi ölkə Pakistanın atəşkəsin Livan ərazisini də əhatə etməsi səylərini nəzərə almamasıdır. İran tərəfinin Livan məsələsini danışıqlara başlamaq üçün dəyişməz və məcburi ilkin şərt kimi irəli sürməsi danışıqlar prosesinin dayanmasına təsir edən amillərdən biridir. Yeri gəlmişkən, İranın sərt mövqeyi, dialoqun dondurulması müharibənin yenidən alovlanması, regionda yeni siyasi və hərbi gərginliklərin yaranma ehtimalını artırır".

NURİYYƏ

Seçilən
85
1
redaktor.az

2Mənbələr