AZ

QR kodlu davamiyyət sistemi bütün məktəblərdə tətbiq ediləcək? - Təhsil komitəsinin üzvündən AÇIQLAMA

Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

Bəs digər məktəblərdə də buna ehtiyac varmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, elektron sistemlərin işlənilməsi və bu cür metodların tətbiqi önəmli və vacibdir.

Millət vəkilinin sözlərinə görə, bu, həm müasir dövrün tələbidir, həm də qarşıda duran mühüm məsələlərdən biridir:

"Buradakı əsas məsələlərdən biri bunun alt bazasının işlənilməsidir. Elektron sistemlərdə çox ciddi təhlükəsizlik təminatı və texniki sistem olmalıdır. Eyni zamanda əhatəlilik də önəmlidir. Bu gün QR kodlar çox inkişaf edib və bir çox yerdə tətbiq olunur. Burada əsas məsələ odur ki, buna nə dərəcədə ehtiyac var və bu, bizim təhsilimizə hansı effekti verəcək. İlk olaraq buna nə dərəcədə ehtiyac olduğunu təhlil edib, daha sonra müvafiq qərar verməliyik. Yəni sırf bir trend ideyası ilə yanaşmaq və addımlar atmaq həm effektiv, həm də qeyri-effektiv ola bilər. Ona görə biz bunu ciddi düşünməliyik və ciddi düşündükdən sonra bu addımları mütləq şəkildə təhlil edib atmalıyıq ki, sonradan əziyyət çəkməyək".

Aytəkin TOFİQQIZI

Seçilən
74
1
redaktor.az

2Mənbələr