AZ

Hörmüz boğazındakı gəmilər atəşə tutuldu

Hörmüz boğazında ən azı üç konteyner gəmisinə atəş açılıb.

Adalet.az xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, Omanın şimal-şərqində Liberiya bayrağı altında üzən gəmiyə odlu silah və qumbaraatanlarla hücum edilib. Bundan əlavə, İranın qərbində Panama və Liberiya bayraqları altında üzən konteyner gəmilərinə atəş açılıb.

Hücuma məruz qalan gəmilərin heyət üzvləri təhlükəsizdir və itki yoxdur.

Seçilən
31
4
adalet.az

5Mənbələr