Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İtaliya kubokunda ilk finalçı bəlli oldu. Yarımfinalın cavab matçında ''İnter'' mövsümün sürprizi ''Komo''nu qəbul etdi. Bu komandaların ilk oyunu qolsuz başa çatmışdı. ''Komo'' ''San Siro''da tarix yazmağa çox yaxın oldu. Qonaqlar 70-ci dəqiqəyə qədər 2:0 öndə idilər. Amma matçın son anlarına Hakan Çalhanoğlu damğa vurdu. Türkiyə yığmasının kapitanı əvvəlcə uzaq məsafədən fərqləndisə, 86-cı dəqiqədə başla hesabı bərabərləşdirdi. Hakan qələbə qolunda da yaxından iştirak etdi. Məhz onun ötürməsindən sonra Petar Suçiç ''İnter''in 3-cü qolunu vurdu. Beləliklə, 3:2 üstün olan ''neradzurra'' 2023-dən bu yana ilk dəfə ölkə kubokunun finalına yüksəldi. ''Komo''nun baş məşqçisi Fransesk Fabreqas oyundan sonra Hakan Çalhanoğluya tərif yağdıraraq bunları dedi:
''Hakana heyranam. Hər dəfə ''İnter'' ilə qarşılaşdığımızda ilk növbədə onun heyətdə olub-olmamasına baxıram. Matç planımızı və strategiyamızı da buna uyğun qururuq. Sən nə qədər yaxşı oynasan belə onun kimi çempionlar komandasına qələbə qazandırmağın bir yolunu tapacaqlar. Hakan Çalhanoğlu, Andrea Pirlo, Luka Modriç, Toni Kroos kimi futbolçuların sayı o qədər də çox deyil. Hakan elə futbolçudu ki, onun ətrafında bütün komandanı toplamaq olar. Onu bu səviyyələrdə görmək həqiqətən də inanılmazdı. Komandasını arxasınca daşıyır''.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.