AZ

Dövlət Departamenti: ABŞ vətəndaşları İranı Azərbaycan vasitəsilə tərk edə bilərlər

BAKI, 22 aprel. TELEQRAF

ABŞ Dövlət Departamenti İranda olan vətəndaşlarına ölkəni tərk etmək üçün quru yollarından istifadə etməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, İranı tərk etmək istəyən ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və Türkmənistana gedə bilərlər.

Eyni zamanda, vətəndaşlara Əfqanıstan, İraq və Pakistan-İran sərhəd bölgələrinə səyahət etməmək tapşırılıb.

Bildirilib ki, İran hökuməti ABŞ vətəndaşlarının ölkədən çıxışına mane ola və ya onlardan "çıxış rüsumu" tələb edə bilər. ABŞ və İranın ikili vətəndaşlığına sahib olan şəxslər isə ölkəni mütləq İran pasportu ilə tərk etməlidirlər.

Seçilən
61
teleqraf.com

1Mənbələr