AZ

“İKTA nın bu tip açıqlamaları əks effekt yaradır”

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“İKTA yenidən internet sürətinin artması ilə bağlı növbəti hesabatı açıqlayıb. Beynəlxalq reytinqlərdə irəliləyiş vurğulanıb.  Sürətin yüksəlməsi əlbəttə müsbət haldır.

Amma dəfələrlə vurğulanıb ki, tənzimləyici qurumun zaman-zaman bu məsələyə fokuslanması, beynəlxalq qurumlara bununla bağlı böyük vəsaitlərin ödənilməsi indiki galda prioritet olmamalıdır”.

Gununsesi.info bildirir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Hazırda Azərbaycanda “yüksək internet sürətini necə əldə edim” sualı aktual deyil. RİNN-in , Aztelekom-un apardığı infrastruktur layihəsilə bu problem öz həllini tapıb.

Odur ki, İKTA-nın bu tip açıqlamaları, yumşaq desəm əks effekt yaradır.

Bu gün istifadəçiləri daha çox düşündürən məsələlər qiymətlərin yüksəkliyi, xüsusilə də tələbata uyğun  seçim imkanlarının məhdudluğu, bəzi ərazilərdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəriciyə uyğun gəlməsi, kəsintilər və xidmət keyfiyyətidir.

Aktual olan mobil internetin qiymətinin hər gün qalxmasıdır.

Hansı ki hələ bir dəfə də müşahidə etməmişəm ki, İKTA bu məsələlərə münasibət bildrisin.

Dövlət operatoru olan Aztelekom hələ də minimal 25 manat taarif məsləsində israrlıdır. Heç bir seçim yeri qoymayıb.

Belə bir mərhələdə beynəlxalq reytinqlərdə neçə pillə yuxarı qalxmağın reklamına və bunun üçün kənar beynəlxalq qurumlara vəsait xərclənməsinə deyil, resursların birbaşa abonentin xeyrinə yönəlməsinə ehtiyac var.

İKTA fərqində olmalıdır ki, əsas mövzu sürət yarışması yox, ədalətli qiymət, seçim azadlığı və keyfiyyətli xidmət olmalıdır”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr