Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda metro xəttində sərnişin qatarınıntuneldə texniki nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı11 nəfər xəsarət alıb.
Trend xəbər verirki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların həyati təhlükəsiyoxdur.
İnsident yerli vaxtla gecə 12:00 radələrində baş verib. Xüsusitexnika gümüş xəttdə yerləşən stansiyalardan birində platformaqarşısında dayanan sərnişin qatarının arxa vaqonuna çırpılıb.
Məlumata gəsasən, hadisə vaxtı qatarda 27 nəfər olub. İnsidentinsəbəbləri araşdırılır.