AZ

İbrahim Çelikkola görə 2 illik əziyyət hədər oldu

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2 ildir hazırlıqları davam edən "Binbir gece masalları" ilə bağlı qərar verilib.

Axşam.az xəbər verir ki, TRT1 ekran işinin yayımlanmamasını qərara alıb. Telekanal baş rol ifaçısı İbrahim Çelikkolun narkotik testinin müsbət olmasının ardından ekran işini proqram siyahısından çıxarıb.

Qeyd edək ki, serialın digər baş rolu Cansu Dərəyə həvalə edilib. 30 bölümdən ibarət olacağı planlaşdırılan layihənin oktyabrın 26-da təqdim edilməsi gözlənilirdi.

TRT1 daha əvvəl narkotik test nəticələri müsbət çıxan aktyor İsmayıl Hacıoğlunu "Cennetin çocukları" serialından uzaqlaşdırıb. Həmçinin, aktyorun 8 bölümdən ibarət çəkiləcəyi "Rüzgarlı bazar" serialı da təxirə salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
4
axsam.az

5Mənbələr