AZ

Balakəndə yerli icra nümayəndələri miqrasiya xidmətləri barədə məlumatlandırılıblar

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Balakən, 22 aprel, AZƏRTAC

Balakəndə “Miqrasiya proseslərinin tənzimlənməsi və Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Miqrasiya İdarəsinin, rayon icra hakimiyyətinin əməkdaşları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və baş məsləhətçilərin iştirak etdiyi tədbirdə vətəndaşın olduğu yer üzrə qeydiyyata alınma qaydaları izah olunub.

Eyni zamanda, ölkəmizdə müvəqqəti yaşama icazələrinin verilməsi və miqrasiyaya dair digər məsələlər barədə ətraflı məlumat verilib. Tədbirdə, həmçinin praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların miqrasiya sahəsi ilə bağlı sualları cavablandırılıb.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
azertag.az

1Mənbələr