AZ

Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır - Vüqar Rəhimzadə

Bakı.Trend:

Dövlət başçısı İlham Əliyevin “İşğala, etnik təmizləməyə vəsoyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü vələyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zamanməğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesabedirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadirbir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhüyalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəlparaflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq realhəyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökmsürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” fikirləribu günlərdə Belçika və Niderland parlamentləri Nümayəndələrpalatalarının qəbul etdikləri, Azərbaycan-Ermənistan sülhprosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda təhlükəsizlikvə əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlarına zərbəvurmaq məqsədi daşıyan qətnamələrin nə qədər əsassız, sülhə qarşıyönəlmiş təxribat olduğunu bir daha təsdiqləyir.

Azərbaycana qarşı zaman-zaman belə qərəzli qətnamələr qəbuledilsə də reallıqlarımız onların adi kağız parçasından başqa birşey olmadığını həm həmin sənədlərin müəlliflərinə, həm dəümumilikdə Azərbaycanın uğurlarını, müstəqil siyasətini, regiondavə dünyada yerinin, nüfuzunun möhkəmlənməsini həzm edə bilməyəndövlətlərə əsaslı şəkildə nümayiş etdirib. Belə heç bir reallığasöykənməyən sənədlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqasöykənən siyasətinə təsir etmək imkanında deyil və edə də bilməz.Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi, modelibeynəlxalq arenada yüksək səviyyədə təqdir edilir, yeni əməkdaşlıqmodellərinin yaradılması fonunda ölkələr, xalqlar daha dayaxınlaşır, sülhün, təhlükəsizliyin, qarşılıqlı etimad mühitininmövcudluğunun dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətlirolu bir daha açıqlanır. Prezident İlham Əliyevin Birləşmiş ƏrəbƏmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü“Zayed İnsan Qardaşlığı Mükafatı” diplomatik uğurla yanaşı, eynizamanda, Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbuledilməsinin təsdiqidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Belçika və Niderlandparlamentləri Nümayəndələr palatalarının qətnamələrində Azərbaycanilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixi, nəticələritəhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri kobudşəkildə pozulur. Artıq tarixin arxivinə atılmış Qarabağmünaqişəsinin mahiyyətindən, 30 illik işğal dövrününreallıqlarından, 44 günlük Vətən müharibəsini şərtləndirənamillərdən, tarixi Zəfərimizin və suverenliyimizin bərpasınınyaratdığı yeni reallıqlardan xəbərsiz olan həmin qətnamələrin“müəllifləri” erməni faşizminə sevgilərini nümayiş etdirmədən öncəgerçəklikləri öyrənmək barədə düşünsəydilər daha yaxşı olardı.Onların qəbul etdikləri bu sənədlər qeyri-sağlam və irqçitəxəyyülün məhsuludur. Azərbaycan atdığı hər bir addımında ədalətəvə beynəlxalq hüquqa söykənir. Azərbaycan qalib dövlət olmasınabaxmayaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təminedilməsi üçün qarşı tərəfə sülh təklifini etməklə dünya tarixindəilkə imza atdı. Hər zaman vurğulandığı kimi, bu, tarixi Zəfərimizəqədərki dövrün reallıqlarını, Azərbaycanın yaşadığı faciələri,soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələrini, şəhidlərimiziunutmağımız anlamına gələ bilməz. Sadəcə regionda dayanıqlı sülhünvə təhlükəsizliyin təmin edilməsi zamanın tələbidir. Bu baxımdanBelçika və Niderland parlamentariləri çirkin niyyətlərini,məqsədlərini erməni sevgisi adı altında ört-basdır etməyə çalışandaqeyd etdiyimiz reallıqları unutmamalı idilər. Dövlət başçısı İlhamƏliyev çıxışlarında qeyd etdiyi kimi, biz uzunmüddətli deyil, əbədisülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və birdaha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinciQarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı biziittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər.Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, bizgücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayişetdiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Belçika və Niderlandparlamentləri Nümayəndələr palatalarının aprelin 16-da qəbuletdikləri heç bir əsasa söykənməyən, qərəzli qətnamələrAzərbaycan-Ermənistan sülh prosesinə, regionda sülh və əməkdaşlıqmühitinin formalaşmasına yönələn addımlara zərbə vurmaq məqsədidaşıyır. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampıniştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülhrazılaşmasının əldə edilməsi regionda yeni mərhələnin başlanğıcıkimi dəyərləndirilir. Həmin sülh gündəliyində beynəlxalq hüququnbeş əsas prinsipi öz əksini tapıb. Belçika və Niderlandparlamentarilərinin sülh gündəliyində əksini tapmayan tələblərigündəmə gətirmək cəhdləri sülh prosesinə əngəl olmağa, regiondaformalaşan həssas balansı pozmağa hədəflənir. Belə ki, Niderlandparlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi iləAzərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdətəqsirli bilinərək həbs edilən erməni terrorçularının azad edilməsivə qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətəmüraciət edib. Belçika Parlamentinin Nümayəndələr Palatası isədeputat Mişel de Maqdanın hazırladığı oxşar məzmunlu sənəd qəbuledib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağermənilərinin geri qaytarılması tələb olunur. Belçika vəNiderlandın, iki Avropa ölkəsinin parlamentində bəzi dünyagüclərinin ikili standatlara əsaslanan siyasətini özündə ehtivaedən, heç bir araşdırma aparılmadan birtərəfli sənədin qəbulolunması müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Çünkihər iki ölkə beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazibütövlüyünü tanıyır, ölkəmizin suverenliyini şübhə altına almır.Belə bir məqamda mövcud reallıqla ziddiyyət təşkil edən sözügedənkağız parçalarının qəbul edilməsi diqqətdən kənarda qala bilməz. Buqətnamələr Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşıilk qərəzli addımları deyil. Belə təşəbbüslər dəfələrlə olub vəartıq sistemli xarakter alıb. Azərbaycanın xarici siyasətinindəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yerinin vənövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlətimizinqəbul etdiyi qərarlar real addımları ilə eynilik təşkil edir. Bütündövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipiəsasında əməkdaşlıq edən Azərbaycan üçün etimad mühitininqorunması, ölkələrin daxili işlərinə müdaxilənin yolverilməzliyiprioritetdir.

Millət vəkili bildirib ki, bəzi dünya dövlətlərinin “özgözlərində tiri görməyib, başqasının gözündə çöp axtarmaq”prinsiplərinin daim dövlətlərarası münasibətlərdə inamın itməsinə,mübahisələrin, ciddi narazılıqların və narahatlıqların, həmçininmünaqişələrin yaranmasına səbəb olması günümüzünreallıqlarındandır. Bu gün Azərbaycana qarşı qərəzli addımlar atan,əsassız qətnamələri ilə gündəmdə olan Niderland və Belçika çox dauzaq olmayan ləkəli keçmişlərinə nəzər salsalar başqa dövlətindaxili işinə məqsədli şəkildə müdaxilə etmək cəhdlərinin nə qədəryersiz olduğunu görərlər. Tarixləri utancverici məqamlarla zənginolan dövlətlərin beynəlxalq hüquqdan, qanunun aliliyindəndanışmaları mümkünsüzdür. Bu baxımdan Niderlandın və Belçikanınmüstəmləkəçilik tarixini geniş təhlil etməyə ehtiyac yoxdur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, bu kimiqərəzli qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlaraəsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycanın müstəqilsiyasətini, uğurlarını həzm edə bilməyən dövlətlər bu gün tarixiZəfərimizin, suverenliyimizin bərpasının regionda və dünyasiyasətində yaratdığı yenilikləri böyük qısqanclıq hissi iləqarşılayırlar. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişafmodelini, sülh və əməkdaşlıq nümunəsini həzm etmək üçün ədalətin,beynəlxalq hüququn yanında olmaq lazımdır ki, bu da bəzidövlətlərin maraqlarına uyğun deyil. Bu baxımdan ölkəmizə qarşıqəbul edilən, Azərbaycan üçün sadəcə kağız parçası olan qətnamələrhüquqi deyil, siyasi motivlidir. Azərbaycan hər zaman tutduğu yolasadiqdir. Heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir etməkimkanında deyil.

Məqalədə:
Seçilən
63
7
az.trend.az

8Mənbələr