Bakı. Trend:
30 il əvvəl Bakıda törədilmiş qətlin üstü açılıb.
Trend xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyibu barədə birgə məlumat yayıblar.
Bildirilib ki, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktıüzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqıAzərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsindədavam etdirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarıtərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarıştədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov HidayətŞirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halındaquldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətməkməqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslışübhələr müəyyən edilib.
Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarovqabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyasıyaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olanGülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanırayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişiiplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.
Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyitiQara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisindəgizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrəayıraraq sataraq əldə etdikləri vəsaiti aralarındabölüşdürüblər.
Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən FövqəladəHallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarıştədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovunmeyitinin qalıqları aşkar olunub.
22 aprel 2026-cı il tarixdə Şahin Cəlilov və Hidayət QafarovAzərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuşCinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxsqismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaqorqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəriBinəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqətmərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanlarıilə birgə tədbirlər davam etdirilir.