İspaniya nəhəngi "Real Madrid" yay transfer dönəmi üçün heyətini gücləndirmək planlarını sürətləndirib və diqqətini İngiltərəyə yönəldib.
Fanat.Az xəbər verir ki, "kral klubu" "Liverpul"un argentinalı ulduzu Aleksis Mak Allisteri transfer etmək üçün ciddi fürsət əldə edib.
"Football Insider"in məlumatına görə, "Liverpul"un 2028-ci ildən sonrakı dövr üçün futbolçuya təklif etdiyi yeni müqavilə danışıqları çıxılmaz nöqtəyə gəlib və tərəflər arasında razılıq əldə olunmayıb.
Bu qeyri-müəyyənlik uzun müddətdir yarımmüdafiəçini izləyən Madrid təmsilçisi üçün yaşıl işıq yandırıb və mersisaydlıların böyük yay yenidənqurması fonunda satışa açıq olduğu bildirilir.
Mak Allister cari mövsümdə orta sahədəki stabil oyunu və oyun quruculuğu qabiliyyəti ilə Avropanın ən yaxşılarından biri hesab edilir.