AZ

Abşeron Mərkəzi Xəstəxanasının direktoru da işdən çıxarıldı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.

Xatırladaq ki, bu günü Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

Məlumata görə, bu gün 5 klinika rəhbəri tutduğu postdan ayrılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
20
qafqazinfo.az

10Mənbələr